0
Please log in or register to do it.

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

 

Dizayn sahəsində 25 ildən çoxdur fəaliyyət göstərirəm. Bu sahənin perspektivli gənclərimiz üçün gələcəyə açılan qapı olması bir faktdır.

 

AZƏRTAC xəbər verir ki, bunu iyunun 30-da dizaynerlərin görüşündə – “Azərbaycan Dizayn Sammiti 2024”də iştirak edən dizayner Toğrul Babayev söyləyib.

 

Tədbirin təşkilinin Azərbaycanda dizayn sahəsinin gələcəkdə inkişafı üçün çox vacib olduğunu diqqətə çatdıran dizayner əlavə edib ki, belə tədbirlərin reallaşması ölkənin tanınmasına, beynəlxalq arenada təmsilinə töhfə verir.

 

“Bu kimi tədbirlər həm də gəncliyin təfəkkürünə təsir edir. Dizayn elə bir sahədir ki, gündəlik həyatımıza da daxil olub. Nəzər saldığımız hər bir yerdə dizayna dair işlər, əsərlər, yaradıcılıq nümunələri ilə qarşılaşa bilərik”, – deyə T.Babayev vurğulayıb.

Içərişəhər
Azərbaycanda əhali sayı artır

Reactions

0
0
0
0
0
0
Already reacted for this post.

Your email address will not be published. Required fields are marked *